Qəzaya düşən müğəninin ilk sözləri ayaq üstə alqışlandı

Day.Az представляет новость на азербайджанском языке

Qəzaya düşən Sılanın ilk sözləri: "Qundaq kimiyəm"

Day.Az "Haberler"ə istinadən bildirir ki, Sıla Gençoğlu, keçirdiyi yol qəzasına baxmayaraq Ankaradakı konsertini ləğv etmədi, səhnədə onu maraqla gözləyən pərəstişkarlarına "qundaq kimiyəm" dedi.

Dünən TEM yolunun Sakarya istiqamətində yol qəzası keçirərək, yüngül yaralanan Gençoğlu, Düzce Atatürk Dövlət xəstəxanasındakı ilk müdaxilənin ardından konsert vermək üçün Ankaraya gəldi. "ATO Congresium"da, saat 21:00-da başlaması planlanan ancaq yaşanan axsaqlıqlar səbəbindən 22:30-da başlayan konsertə 3 min 200 nəfər qatıldı.

"Qundaq kimiyəm"

Sıla, səhnəyə özü üçün yerləşdirilən kresloda oturaraq başladığı konsertində əvvəl salondakıların salamlayaraq, sağlamlıq vəziyyətinin yaxşı olduğunu bildirdi.

Xəyal Abdullayev

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.