Bakının bu hissələrində qaz olmayacaq

Day.Az представляет новость на азербайджанском языке

Bakı şəhəri Sabunçu rayonunun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

"Azəriqaz" İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Day.Az-a verilən məlumata görə, qaz tənzimləyici qurğuların qaz təchizatı mənbəyinə birləşdirilməsi ilə əlaqədar, nəzərdə tutulmuş işlər aparılacaq. Görulən işlər zamanı, sabah saat 09:30-dan 17:00-dək Sabunçu rayonunun Balaxanı və Sabunçu qəsəbələrinin, eləcə də Anaşkin adlanan ərazinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.

Aparılan işlərin Xəzər rayonunun Türkan və Stansiya Qala adlanan ərazilərinin bir hissəsinin qaz təchizatına təsir göstərməsi də mümkündür.

Bildirilir ki, görülən işlər gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişində yaranan fasilələr aradan qaldırılacaq.

"Azəriqaz" İB yaranmış məhdudiyyətlə bağlı bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.