10 otaqlı ev yanıb

Zaqatala rayonu, Qusur kəndində vətəndaşa məxsus ümumi sahəsi 360 m2 olan ikimərtəbəli, 10 otaqlı evin ikinci mərtəbəsində iki otağın yanar konstruksiyaları 46 m2 sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 17:50-də yanğınsöndürənlər tərəfindən söndürülüb.