Bakıda 11 nəfər dəm qazından zəhərləndi

Ötən gün Bakıda dəm qazından 11 nəfər zəhərlənib.

Milli.Az "Ölkə.Az"-a istinadən xəbər verir ki, hadisələr paytaxtın müxtəlif ərazilərində qeydə alınıb. Zəhərlənən şəxslər müvafiq xəstəxanalara yerləşdiriliblər.

 

Qeyd edək ki, dəm qazı təhlükəsi barədə Fövqəladə Hallar Nazirliyi də əhaliyə xəbərdarlıq edib. Bildirilir ki, bu hadisələrin əksəriyyəti vətəndaşların təhlükəsizlik qaydalarına riayət etməməsi səbəbindən baş verir.