Gürcüstanın azərbaycanlılar yaşayan rayonunda zəlzələ olub

Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Dmanisi rayonunda 2,9 bal gücündə zəlzələ olub. 

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Milli Seysmik Monitorinq Mərkəzi məlumat verib.

 

Məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 19:37-də qeydə alınıb. Zəlzələnin episentri Qarabulaq kəndində yerləşib.
 
Zəlzələ nəticəsində dağıntı və zərərçəkən olmayıb.