Tbilisidə avtomobil atəşə tutulub: İnterpol əməkdaşı yaralanıb

Day.Az представляет новость на азербайджанском языке

Bu gecə naməlum şəxslər Tbilisinin mərkəzində avtomobili atəşə tutublar.

Trend-in Gürcüstan mətbuatına istinadən verdiyi məlumata əsasən, avtomobildə bir neçə nəfər, o cümlədən İnterpolun Tbilisi bürosunun əməkdaşı olub.

"Rustavi-2" telekanalı xəbər verir ki, "BMW" markalı cip Şatberaşvili küçəsində atəşə tutulub, nəticədə interpol əməkdaşı xəsarət alıb.

Hadisə barədə hələlik rəsmi məlumat yayılmayıb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.