"İki böyük dövlətin baş qərargah rəislərinin görüş üçün məhz Bakını seçmələri Azərbaycan üçün önəmlidir"

Day.Az представляет новость на азербайджанском языке

Bu gün ABŞ Silahlı Qüvvələrinin Baş qərargah rəisi Cozef Danford və Rusiya Silahlı Qüvvələrinin Baş qərargah rəisi Valeri Gerasimov Bakıda görüşürlər. Amerika və Rusiya Silahlı Qüvvələrinin baş qərargah rəisləri niyə məhz Bakıda görüşmək qərarına gəliblər?

Milli.Az xəbər verir ki, məsələ ilə bağlı ehtimalını bildirən "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi ekspert Elxan Şahinoğlunun sözlərinə görə, bu, lap İkinci Dünya Müharibəsi illərində ABŞ, SSRİ və Böyük Britaniya liderlərinin Tehrandakı zirvə toplantısına bənzəyir:

"Əlbəttə, iki böyük dövlətin baş qərargah rəislərinin görüş üçün məhz Bakını seçmələri Azərbaycan üçün önəmlidir. Bu, Moskva ilə Vaşinqtonun Bakıya verdikləri dəyəri göstərir. Ancaq məncə, Bakının seçilməsində əlamətdar hadisə ondan ibarətdir ki, generallar Suriyadakı savaşın gedişatını ən yaxın məntəqədə müzakirə etmək istəyiblər. Bu rola İran və İraq yaramır, qalır bircə Azərbaycan. Ankara da görüş yeri kimi seçilə bilərdi, ancaq bu halda amerikalı general Türkiyə-Rusiya ittifaqı ilə üz-üzə qalacaqdı. Azərbaycan isə Suriya mövzusunda neytral ölkədir".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.