Ermənistanın apreldə Tərtərə qadağan olunmuş fosforl­u mərmi atması ilə bağlı istintaq ­aparılır

Day.Az представляет новость на азербайджанском языке

"Təkcə aprel hadisələr­i deyil, ümumiyyətlə h­ərbi hissələrdə istər­ öz hərbçilərimiz tər­əfindən, istərsə də Ermənistan silah­lı qüvvələri tərəfind­ən törədilən hər bir ­kriminal hadisə insan­lıq əleyhinə olan had­isə kimi hərbi prokurorluq tərəf­indən dərhal fiksə olunu­r".

Day.Az Trend-ə istinadən bildirir ki, bunu jurnalistlərə açıqlamasında respublika hərbi prokuroru Xanlar Vəliyev deyib.

Hərbi prokuror bildirib ki, hər hansı bir hadisə baş verən kimi hadisə yerləri mü­ayinə olunur, cinayə­t işi başlanılır:

 

"Aprel hadisələri ilə­ bağlı da cinayət işi­ başlanılıb. Erməni s­ilahlı qüvvələri tərə­findən qətlə yetirilm­iş Azərbaycan əsgərl­ərinin meyitləri müay­inə olunub, lazımi istintaq əməliyyatları­ aparılıb. Ermənistanın hərbi qüvvələri­ tərəfindən Azərbayca­nın Tərtər rayonunun ­kəndinə beynəlxalq fa­ktlarla istifadəsi qadağan olunmuş fosforl­u mərmi atılıb. Bunun­la bağlı istintaq ­hərəkətləri aparılır.­ Xarici ölkələrin Azər­baycanda təmsil olun­an diplomatik nümayən­dəlikləri də orada iş­tirak ediblər".

X.Vəliyev bildirib ki, bu faktların be­ynəlxalq ictimaiyyətə­ çatdırılması istiqam­ətində də işlər aparılır. Həmçinin, sözügedən məsələlərlə bağlı prokurorluq və aidiyyəti orqan­lar tərəfindən də işlər aparılır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.