Dolların hərrac məzənnəsi dəyişdi

Day.Az представляет новость на азербайджанском языке

Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun (ARDNF) da iştirakı ilə hərrac keçirilib.

Day.Az xəbər verir ki, hərracda manatın orta çəkili məzənnəsi 1,7351  səviyyəsində formalaşıb. Beləliklə, manatın orta çəkili məzənnəsi bugünkü hərracda 0,3% zəifləyib.
 
Qeyd edək ki, AMB USD/AZN rəsmi məzənnəsini bu gün üçün 1,7296 səviyyəsində müəyyən edib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.