Putin: "Rusiya FTX 16 terror aktının qarşısını alıb"

Day.Az представляет новость на азербайджанском языке

Rusiya xüsusi xidmət orqanları ötən il terror təmayüllü 45 cinayətin, o cümlədən 16 terror aktının qarşısını alıb.

Trend-in məlumatına görə, bu barədə Rusiya Prezidenti Vladimir Putin Federal Təhlükəsizlik Xidmətinin kollegiyasında bildirib.

Dövlət başçısı qeyd edib ki, ölkədə terror təmayüllü cinayətlərin sayı yenə azalıb: "Buna görə sizə (FTX əməkdaşlarına - red.) çox böyük təşəkkürümü bildirirəm".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.