"Azərbaycan yüksək səviyyəli görüşlərin keçirilməsi üçün əlverişli platformadır"

Day.Az представляет новость на азербайджанском языке

Azərbaycan bir çoxları tərəfindən yüksək səviyyəli görüşlərin keçirilməsi üçün əlverişli platforma kimi qəbul olunur.

Day.Az bildirir ki, bu sözləri Trend-ə "İsrail-Azərbaycan" Assosiasiyasının baş direktoru Lev Spivak ABŞ və Rusiyanın Baş qərargah rəislərinin Bakıdakı görüşünü şərh edərkən deyib.

O deyib: "Azərbaycan artıq uzun zamandır ki, müxtəlif konfransları, görüşləri, tədbirləri qəbul edir və bu yolla da irəliləyir. Bunun bariz nümunəsi hər il keçirilən Qlobal Bakı forumudur".

Onun sözlərinə görə, Azərbaycan artıq bir çoxları tərəfindən həm forumların, həm də Azərbaycanla birbaşa bağlı olmayan kiçik formatlı görüşlərin keçirilməsi üçün əlverişli platforma kimi qəbul olunur.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.