"Heç kim etməsin, axırı türmədi" - Oğrulardan məsləhət

Day.Az представляет новость на азербайджанском языке.

Binəqədi rayonunda yük avtombillərindən ümumilikdə 34 akkumulyator oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıblar.

Milli.Az ARB TV-yə istinadən xəbər verir ki, Bərdə rayonu Əyricə kənd sakini, 25 yaşlı Pərviz Nəbiyev, Biləsuvar sakini, 26 yaşlı Rəsul İmanzadə, Ağcabədi rayonu Ağabəyli kənd sakini, 27 yaşlı Şükür Əliyev və Sabirabad rayonu Bulaqlı kənd sakini, 24 yaşlı Rasim Qasımov oğurluq akkumulyatorları metal qəbulu məntəqəsinə satmaq istəyərkən yaxalanıblar.

Pərviz Nəbiyev - saxlanılan şəxs: "Birinci dəfə 6 dənəsin götürdük. 4-5 ay sonra 2-ci dəfə 6-sını daş bazarından götürdük. Üstündən 1 gün keçdi, gedib 14-ün çıxardıq. Ümumi 200 manat qaladı. Məsləhət görürəm ki, heç kim oğurluq etməsin, onsuz axırı türmədi. 1-ci və axırıncı dəfəm olsun".

Rəsul İmanzadə - saxlanılan şəxs: "Girdik daş bazarına aça bildiyi maşınlardan açıb taksiyə qoyduq. Aparıb satdıq. Gecə 3, 4 olardı. Kilosun 60 qəpikdən verirdik".

Saxlanılan şəxslər bu yolla vətəndaşlara 5 min manatdan artıq maddi ziyan vurublar. Onlar oğurluq akkumulyatorları Rasim Qasımovun avtomobili ilə daşıyıblar.

Rasim Qasımov - saxlanılan şəxs: "2 nəfər yaxınlaşdı ki, akkumulyator var. Dedim özünüzündür? Dedi ki, bəli. Getdik götürüb Balaxanıda düşürdük. Qayıdanda dedi ki, oğurluqdur. Sabahısı gün yenə gəlib apardıq".

Başqasının malına göz dikərək pul qazanmağa alışan Rasim özü də oğurluq etmək qərarına gəlib və tanışı Şükür Əliyevi də bu işə cəlb edib. İlk oğurluqlarını isə "Ulduz" metrostansiyası ətrafında ediblər.

Rasim Qasımov: "Sonra dostumla ikimiz 2 gün idi edirdik polis əməkdaşları tutdular. Biz özümüz 2-sin bir aparmışıq, 6-sında bir".

Qeyd edilən faktlarla bağlı Binəqədi Rayon Polis İdarəsində CM-in oğurluq maddəsi ilə cinayət işi başlanıb. Araşdırmalar aparılır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Videonu izləmək üçün şəklə klikləyin: