Məqbərədə partlaiış: həlak olanların sayı 70 nəfəri keçdi

Day.Az представляет новость на азербайджанском языке

Pakistanın Sind əyalətinin Sexvan Şərif şəhərindəki sufi şair və filosofu Lala Şaxbaz Kalandar Mavzoleyində partlayış törədilib. Nəticədə 50-dən çox insan həlak olub, təxminən 100 nəfər yaralanıb.

Pakistan mətbuatının məlumatına görə, partlayış sufi mərasimi keçirilərkən kamikadze tərəfindən törədilib. Hadisəyə görə məsuliyyəti İŞİD terror qruplaşması öz üzərinə götürüb.

XXX

Pakistanın Sind əyalətinin Sexvan Şərif şəhərindəki sufi şair və filosofu Lala Şaxbaz Kalandar məqbərəsində törədilən partlayış nəticəsində həlak olanların sayı 70 nəfəri keçib, 150-dən çox insan yaralanıb.

Day.Az AZƏRTAC-a istinadən bildirir ki, terror aktını kamikadze ölüm kəmərini partlatmaqla törədib.

Hadisəyə görə məsuliyyəti İŞİD terror qruplaşması öz üzərinə götürüb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.