Bədən özünü yuxuda təmir edir

Day.Az представляет новость на азербайджанском языке

Bədənin özünü yuxuda təmir etdiyini söyləyən mütəxəssislər, gündə 8 saatdan az yatanların hormonlarının pozulduğunu, müqavimətlərinin zəiflədiyini, ürəyinin zərər gördüyünü bildirdilər.

Sağlam bir həyat üçün qidalanma qədər yuxunun da əhəmiyyətli olduğunu söyləyən mütəxəssislər, gündə 8 saatdan az yatanların bir çox xəstəliyə tutulduğunu ifadə edir.
Day.Az deyerler.org-a istinadən bildirir ki, keyfiyyətli yuxu immun sistemini gücləndirir və beyni qüvvətləndirir, əzələləri bərpa edir. Bədən təmir işini biz yatarkən edir. Qeyri-kafi yuxu maddələr mübadiləsini pozur və hormon pozulmasına səbəb olur.
İmmunitetin zəifləməsi bədəni bir çox xəstəlik üçün açıq hala gətirir. Ürək xəstəliyi riski yüksəlir. Bədən piy toplayır. Həmçinin böyümə hormonunun da fəaliyyəti zəifləyir.
Hər gün eyni saatda yatıb-durmağın da önəmli olduğunu söyləyən mütəxəssislər qaranlıqda yatmağı tövsiyə etdilər. Çünki onda bədəni qoruyan melatonin hormonu ifraz olunur.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.