30 ildir kimsəsiz adada yaşayan milyonçu

Day.Az представляет новость на азербайджанском языке

1980-ci illərdə Papua Yeni Qvineyada qızıl mədənçiliyi edən milyoner bir iş adamı hazırda kimsəsiz bir adada köynək belə geymədən həyatına davam edir.
Day.Az bizplus.az-a istinadən bildirir ki, sidneydə bir mədən sahibi David Glasheen, eyni zamanda daşınmaz əmlak zəngini və birja mütəxəssisidir. 28.4 milyon dollar sərvəti olmasına baxmayaraq 30 ildir kimsəsiz bir adada yaşayır.

1987-ci ildə Glasheen təxminən 7.25 milyon dollarlıq bir zərərə uğrayır. Daha sonra Glasheen pul itirməyə davam edir və ailəsi də parçalanmağa başlayır.

O müddətdə Zimbabveli bir qadınla tanış olan Glasheen Avstraliyanın şərq sahilində yerləşən bir ada satın almağa qərar verir. Burada 60 otaqlı lüks bir mıkan inşa etməyi planlaşdıran iş adamı istəyinə çata bilmir. Sevdiyi qadın da onu tərk edir.

Amma 69 yaşındakı Glasheen üçün hazırda həyat o qədər də çətin deyil. Yaşadığı adada son 20 ildə günəş enerjisi ilə çalışan bir ev inşa etməyi və internet gətirməyi bacarıb. Tam yaşana biləcək bir ev tikməyi bacaran Glasheen ehtiyaclarını 1 saatlıq bir gəmi səfəri ilə qarşılayır.

Burada tərəvəz və meyvə də yetişdirməyə başlayan Glasheenin ziyarətinə bəzən məşhur insanlar gəlirlər.

Adada işlərinə davam edən Glasheen, birjaya olan marağını hələ də itirməyib. Adada bir qaçqın kimi yaşamağa başlayan ancaq sonradan özünə şərait yaradan iş adamı "Həqiqətən uğurlu olsasız, etdiyiniz səhvləri də aradan qaldıra bilərsiniz. Səhvlər də edin, itirmək məcburiyyətindəsiniz. Çünki itirməsəniz pul qazana bilməzsiniz. " deyir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.