Ziyafət Əsgərov: "Dövlət başçılarının qarşılıqlı səfərləri əməkdaşlığın inkişafına böyük töhfə verib""

Day.Az представляет новость на азербайджанском языке

Azərbaycanla Litva arasında münasibətlər yüksələn xətlə inkişaf edir.

Day.Az Trend-ə istinadən bildirir ki,  bunu parlamentin birinci vitse-spikeri Ziyafət Əsgərov Litva dövlətinin bərpasının 99-cu illiyi ilə bağlı keçirilən mərasimdə deyib.

Z.Əsgərov Litva xalqını milli bayramları münasibətilə təbrik edib:

"İki ölkə arasında münasibətlər yüksələn xətlə inkişaf edir. Burda dövlət başçılarının böyük rolu var. Dövlət başçılarının qarşılıqlı səfərləri əməkdaşlığın inkişafına böyük töhfə verib".

O, həmçinin, siyasi, iqtisadi və humanitar sahələrdə iki ölkə arasında münasibətlərin yüksək səviyyədə olduğunu qeyd edib.

Z.Əsgərovun sözlərinə görə, parlamentlərarası əlaqələr də intensiv inkişaf edir: "Bütün sahələrdə iki ölkə arasında əlaqələrin inkişafı üçün böyük potensial var və mən əminəm ki, biz onları xalqlarımızın rifahı üçün istifadə edəcəyik".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.