Polis avtomobili qarlı yolda qaldı, köməyə vətəndaşlar çatdılar

Day.Az представляет новость на азербайджанском языке

Bakıda yol polisinin avtomobili xarab olaraq yolda qalıb.

Hadisə şahidlərinin Milli.Az-a verdiyi məlumata görə, hadisə Bakının Yasamal rayonunda baş verib.

Paytaxtın Tbilisi prospekti ilə Cavad Xan küçəsinin kəsişməsində, 20 Yanvar dairəsinə gedən yolda baş verib. Yol polisinin köməyinə yoldan keçən vətəndaşlar çatıblar. Onlar avtomobili itələyərək yoldan kənara çəkilməsinə kömək ediblər.

Eyni vaxtda Cavad Xan küçəsi ilə Tbilisi prospekti istiqamətində 165 nömrəli marşrut üzrə hərəkətdə olan avtobus da qarlı yoxuşu qalxa bilmədiyindən yolda qalıb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.