Qar Bakı aeroportunun işinə təsir etməyib

Day.Az представляет новость на азербайджанском языке

Bakıda müşahidə edilən qarlı hava şəraiti Heydər Əliyev Beynəlxalq Hava Limanının işinə təsir göstərməyib.

Day.Az xəbər verir ki, bu barədə Trend-ə "Azərbaycan Hava Yolları" QSC-dən bildiriblər.

Qeyd olunub ki, aviareyslərin göndərilməsi ştat rejimində həyata keçirilir, hava şəraiti ilə əlaqədar heç bir gecikmə yoxdur.

Bildirilib ki, hava limanının uçuş-eniş zolaqları fasiləsiz olaraq təmizlənir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.