Hərəkətin təhlükəsizliyi və fasiləsizliyi təmin olunub - VİDEO - FOTOLAR
Day.Az представляет новость на азербайджанском языке
Qeyri-sabit hava şəraiti ilə bağlı olaraq "Azəravtoyol" ASC gecə boyu gücləndirilmiş iş rejimində çalışıb.
Qurumdan Day.Az-a verilən məlumata görə, "Azəravtoyol" ASC-nin əməkdaşları gecədən başlayaraq Bakı şəhərində cəmiyyətin balansında olan küçə və prospektlərə, o cümlədən respublikanın avtomobil yollarına qarın təmizlənməsinə və buzlaşmanın qarşısını alınması üçün kifayət qədər maşın-mexanizm və texnika cəlb edib.
Cəmiyyətə məxsus maşın-mexanizmlər və canlı qüvvə gecə boyu və səhər saatlarından başlayaraq qarın ən çox yağdığı və buzlaşmanın olduğu əraziləri, problemli yolları nəzarətdə saxlayıb, hərəkətin təhlükəsizliyi təmin olunması məqsədi ilə tədbirlər görülüb.
Qurum tərəfindən aparılan qabaqlayıcı tədbirlərin nəticəsində qısa müddət ərzində problem müşahidə olunan ərazilərdə avtonəqliyyat vasitələrinin təhlükəsiz və fasiləsiz hərəkəti təmin olunub. Hazırda "Azəravtoyl" ASC-nin balansında olan avtomobil yollarında vəziyyət normaldır.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре