Bakıda neçə avtobus reysə buraxılıb?

Day.Az представляет новость на азербайджанском языке

Səhər saatlarında paytaxtın avtomobil yollarında nəqliyyat vasitələrinin hərəkətində müşahidə edilən sıxlıq aradan qaldırılıb.

Bakı Nəqliyyat Agentliyindən (BNA) Day.Az-a verilən məlumata görə, müvafiq qurumların həyata keçirdiyi təxirəsalınmaz tədbirlər nəticəsində artıq əsas küçə və prospektlərdə nəqliyyat vasitələrinin, o cümlədən sərnişin avtobuslarnın fasiləsiz və təhlükəsiz hərəkəti təmin edilib.

Səhər saatlarında müxtəlif marşrut xətləri üzrə sərnişin avtobuslarının intervallarında gecikmələr müşahidə edilib ki, bu da meteoroloji amillər səbəbindən yollarda hərəkətin təhlükəli olması ilə bağlı olub. Hazırda isə yollardakı mövcud çətinliklər aradan qaldırılıb.

Qeyd edək ki, bu gün Bakı şəhərində sərnişinlərə xidmət göstərilməsi üçün marşrut xətləri üzrə 1888 avtobus reysə buraxılıb. Bakı Nəqliyyat Agentliyinin əməkdaşları GPS sisteminin imkanlarından istifadə etməklə reysə çıxan bütün avtobuslara nəzarəti daha da gücləndirib. BNA daşıyıcılarla əlaqəli gücləndirilmiş iş rejimində çalışır. Bakı şəhərində müntəzəm sərnişindaşıma fəaliyyəti göstərən bütün hüquqi və fiziki şəxslərə nəqliyyat vasitələrini ciddi səbəb olmadan reysdən çıxarmamaq və gecə saatlarınadək xidmət göstərilməsi ilə bağlı tapşırıq verilib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.