Quba-Xınalıq yolunda qar uçqunu olub, 8 kəndlə əlaqə kəsilib

Day.Az представляет новость на азербайджанском языке

Bu gün Quba-Xınalıq yolunda qar uçqunu olub.

Day.Az APA-ya istinadən xəbər verir ki, uçqun magistralın 37-ci kilometrliyində baş verib.
 
Uçqun nəticəsində yolda avtomobillərin hərəkəti məhdudlaşıb. Xınalıqla bərabər, yolun üzərində olan daha 7 kəndlə əlaqə kəsilib. 
 
"Azəravtoyol" ASC-nin yerli qurumunun canlı qüvvəsi və ağır texnikası əraziyə cəlb olunub. Hazırda yolun təmizlənməsi istiqamətində işlər aparılır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.