Azərbaycan Dünya Kubokunda ikinci oldu

Day.Az представляет новость на азербайджанском языке

Sərbəst güləş üzrə Azərbaycan millisi İranın Kirmanşah şəhərində keçirilən Dünya Kubokunda 3-cü yeri tutub.

Day.Az-ın report-a istinadən məlumatına görə,Firdovsi Umudovun baş məşqçi olduğu komanda bürünc medal qarşılaşmasında Türkiyə yığmasını böyük hesabla yenib - 6:1.

Azərbaycan təmsilçilərindən yalnız David Suynuçxanov görüşünü məğlubiyyətlə başa vurub. Qalan 7 pəhləvan isə çətinlik çəkmədən qələbə qazanıb.

Azərbaycan - Türkiyə - 7:1

57 kq. Georgi Edişeraşvili - Sezar Akgül - 8:7

61 kq. Əli Rəhimzadə - Cengizxan Erdoğan - 0:0 (rəqibi xəbərdarlıqla uduzub)

65 kq. Hacı Əliyev - Safa Aksoy - 12:2 (təmiz qələbə)

70 kq. David Suynuçxanov - Yakub Qor - 2:10

74 kq. Murad Süleymanov - İslam Kılıç - 5:0

86 kq. Şərif Şərifov - Selim Yaşar - 2:1

 

97 kq. Aslanbek Alborov - Faruk Akkoyun - 9:1

125 kq. Cəmaləddin Məhəmmədov - Salim Ercan - 4:0 (tuşe)

Qeyd edək ki, Azərbaycan millisi Dünya Kubokunda qrup mərhələsinin İlk görüşündə Rusiyaya xal hesabı ilə 32:29, Gürcüstana 5:3 hesabı ilə qalib gəlsə də, ABŞ-a texniki xallara görə uduzub - 14:20. 

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.