İlhamə Quliyevanın oğlu ilə bacısı arasında yas qalmaqalı

Day.Az представляет новость на азербайджанском языке

---------
17:48

Xalq artisti İlhamə Quliyevanın il mərasimi yaxınlaşır.

Day.Az qafqazinfo-ya istinadən xəbər verir ki, sağlığında az qala bütün davranışları ilə seçilən, tez-tez mübahisələrə, söz-söhbətlərə qoşulan sənətçinin bu yaxınlarda baş tutacaq yası da müzakirələrə yol açıb.

Belə ki, İ.Quliyevanın oğulluğu Orxan Nadirovla bacısı Gülbahar Quliyeva yas mərasimini fərqli günlərdə keçirəcək.

O.Nadirov qafqazinfo-ya açıqlamasında bildirib ki, İlhamə Quliyevanın ili fevralın 24-də, "Heydər" məscidində baş tutacaq.

Ancaq müğənninin bacısı isə Quliyevalar ailəsinin ili onun öldüyü gündə keçirəcəyini söyləyib.

Gülbahar Quliyeva Orxanı şou yaratmaqda ittiham edib:

"Orxan Nadirov şou yaradır. Onun özü bilər, bizdən biri deyil. İlhamə xanımın ailəsi yas mərasimini "Təzə Pir" məscidində verir, ayın 25-də olacaq. O, İlhamənin oğlu deyil, oğulluğudur. Övladlıq məsələsi heç rəsmiləşdirilməyib. Bizim Orxanın nə iş gördüyündən xəbərimiz yoxdur. Orxan bilirdi ki, biz il mərasimini ayın 25-i edirik. Özünü bu ailənin üzvü hesab edirdisə, bizim yanımızda olmalı idi. Ancaq Orxan özünü ayrı bilirsə, biz onu tanımırıq".

Xatırladaq ki, xalq artisti ötən il tromboemboliyadan dünyasını dəyişib, 2-ci Fəxri Xiyabanda dəfn edilib.

Sənətkar vəfat edəndən sonra onun oğulluğu Orxan Nadirov, bacıları və yaxın qohumları arasında varislik və sərvət qalmaqalı yaranmış, müğənninin hüquqi varisi Gülbahar Quliyeva elan olunmuşdu.

---------
15:50

"Orxan şou yaradır. Bizim İlhamə Quliyevanın fevralın 24-də Orxanın verəcəyi ildönümündən xəbərimiz yoxdur. İlhamə xanımın ailəsi bizik, ili də 25-də "Təzəpir" məscidində olacaq".

Bu sözləri Axşam.az-a açıqlamasında mərhum xalq artisti İlhamə Quliyevanın bacısı Gülbahar xanım deyib.

O, İ.Quliyevanın oğulluğu Orxan Nadirovun fevralın 24-də il verməsi ilə bağlı xəbərə münasibət bildirib:

"İlhamə mənim bacımdır, ona ildönümü keçirmək mənim işimdir. Hamı, eləcə də İlhamə xanım sağlığında Orxanı oğul kimi qəbul etmədi. Əgər istəsəydi, onu rəsmi şəkildə oğlu kimi qəbul edərdi, amma etmədi, istəmədi. Orxan nə etmək istəyir? Konstitusiya qanunlarını dəyişdirəcək? Orxan düzgün yolda deyil. İlhamə hörmətli, tanınmış, sevimli xanım olub. Bu hərəkəti ilə Orxan ona ancaq xələl gətirməyə çalışır. Əl çək də, kimə lazımdır sənin etdiklərin? Birinci gündən ona dedik ki, ailənin yanında ol. Amma Orxan mirasın tək varisi olmaq istədi. Bir ildir məhkəmələri gəzir. Axı tək varis ola bilməzsən... İlhamə Quliyeva Orxanı sağlığında istəmədi, ölən ana qədər də bu sözünü dedi".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.