Bərdədə yanğın: 4 nəfər tüstüdən zəhərləndi
Day.Az представляет новость на азербайджанском языке
Bərdə rayonunda məcburi köçkünün evi yanıb.
Day.Az report-a istinadən xəbər verir ki, hadisə rayonun Lək kəndində baş verib. Ağdam rayonundan olan məcburi köçkün Rasim Abbasova məxsus iki otaqlı ev əşyaları ilə birlikdə yanıb. Hadisə zamanı evdə olan qadın və üç uşaq tüstüdən zəhərlənib və qonşuların köməkliyi ilə onlar xəstəxanaya çatdırılıblar.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin iki yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb edilib.
Qeyd edək ki, yanğına səbəb ilkin versiya kimi elektirik naqillərində qısa qapanmanın olduğu bildrilir.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре