https://news.day.az/azerinews/877415.html Fikrət Qocadan ÜRƏKDAĞLAYAN SÖZLƏR: "Oğlum ölümündən əvvəl..."

Fikrət Qocadan ÜRƏKDAĞLAYAN SÖZLƏR: "Oğlum ölümündən əvvəl..."

Azərbaycanca, 13 марта 2017 19:16 (UTC +04:00) 7 494
Fikrət Qocadan ÜRƏKDAĞLAYAN SÖZLƏR: "Oğlum ölümündən əvvəl..."

Day.Az представляет новость на азербайджанском языке

Xalq şairi Fikrət Qoca dünyasını dəyişən oğunun itkisinə dözə bilmədiyini deyib.

Day.Az bildirir ki, Yeniçağ.az-a açıqlama verən şair göz yaşlarına hakim ola bilməyib:

"Yalçının məni yarıyolda qoyub gedəcəyini ağlıma da gətirməzdim. Deyəndə ki, Yalçın yolda yıxılıb, xəstəxanaya aparırlar, dünya başıma fırlandı. Oğul itkisi belimi bükdü".

Şair oğlu ilə son görüşünü də xatırlayıb:

"Elə bil ürəyinə damıbmış. Ölümündən əvvəl Yalçın mənə zəng eləmişdi, hal-əhval tutduq, ordan-burdan danışdıq. Həmişə deyirdi ki, ata, dərmanlarını vaxtlı-vaxtında qəbul et, çox narahat idi mənə görə. Bu dəhşətli itkinin ağırlığını özümlə o dünyaya aparacağam. Yalçını hamı çox istəyirdi... Yaram təzədir, onun haqqında danışmaq mənə çox ağırdır..."

Qeyd edək ki, Fikrət Qocanın iki qızı, bir oğlu vardı. Şair-tərcüməçi Yalçın Qoca dünən 52 yaşında dünyasını dəyişib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости