Bakı metrosu konsert verəcək
Day.Az представляет новость на азербайджанском языке
"Bakı Metropoliteni" QSC Novruz bayramı münasibətilə növbəti sosial layihəni gerçəkləşdirəcək.
Day.Az-ın QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinə istinadən məlumatına görə, metropolitendən istifadə edən sərnişinlərdə ruh yüksəkliyi yaratmaq, onlara bayram ovqatı bəxş etmək məqsədilə martın 20-dən 23-dək sərnişin axını daha çox olan bir neçə stansiyanın vestibülündə konsert proqramının təşkili nəzərdə tutulub.
Konsert proqramının afişası:
- "İçərişəhər" stansiyası - saat 12:15-13:45;
- "28 May" stansiyası - saat 13:15-14:45;
- "Elmlər Akademiyası" stansiyası - saat 14:15-15:45;
- "Memar Əcəmi" stansiyası (Bənövşəyi xətt) - saat 15:15-16:45
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре