https://news.day.az/azerinews/878719.html Xoşqədəm Türkiyədə "ən yaxşı" oldu - VİDEO

Xoşqədəm Türkiyədə "ən yaxşı" oldu - VİDEO

Azərbaycanca, 17 марта 2017 13:05 (UTC +04:00) 1 570
Xoşqədəm Türkiyədə "ən yaxşı" oldu

Day.Az представляет новость на азербайджанском языке

"Səni axtarıram" verilişinin layihə rəhbəri və aparıcısı Xoşqədəm Hidayətqızı Türkiyədə beynəlxalq mükafata layiq görülüb.

Day.Az ölkə.az-a istinadən məlumatına görə, o, qardaş ölkədə Azərbaycanın ən yaxşı televiziya aparıcısı seçilib. Mükafatlandırma mərasiminə həyat yoldaşı, müğənni Doğuşla qatılan aparıcı övladlarının vətənindən mükafat almağın onun üçün çox önəmli olduğunu diqqətə çatdırıb:

"Ən böyük iki mükafatı Azərbaycanda media sektorunda xidmətlərimə görə Prezident tərəfindən almışam. Ancaq bu mükafat da mənim üçün çox önəmlidir. Çünki qardaş Türkiyədən, uşaqlarımın vətənindən aldığım mükafatdır. Allah türkü qorusun!"

Mükafatlandırma mərasimindən sonra X.Hidayətqızı təəssüratlarını belə paylaşıb:

""Səni axtarıram" ağır layihədir. Bu proqramın Türkiyədə də belə qiymətləndirilməsi bu layihəni 7 il əvvəl yaradan biri kimi mənim üçün çox qürurvericidir. "Səni axtarıram" heyətini təbrik edirəm. Bu mükafatı onlar üçün almışam. Proqramın yaranmasında əməyi keçən hər kəsə minnətdaram".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Videonu izləmək üçün şəklə klikləyin:
Türkiyədə Azərbaycanın ən yaxşı teleaparıcısı seçildi

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости