Hamamdan açar oğurlayıb avtomobil qaçırdılar

Day.Az представляет новость на азербайджанском языке

Martın 19-da Sabunçu rayonunun Bakıxanov qəsəbəsindəki hamamlardan birində dolabdan 150 manat pul, "Mitsubishi" markalı avtomobilin açarları oğurlanıb və avtomobil qaçırılıb. 

Day.Az APA-ya istinadən xəbər verir ki, Sabunçu Rayon Polis İdarəsi 13-cü Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakinləri Elçin Qəhrəmanov və Azər Həmidov tutulublar.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.