Xəzər dənizinin səviyyəsi düşür - Bəzi obyektlər quruda qalacaq
Day.Az представляет новость на азербайджанском языке
Xəzər dənizinin səviyyəsində azalma müşahidə olunur. Hazırda dənizin səviyyəsi - 28 metrə çatıb. Bu, dənizin dayanıqlıq səviyyəsidir.
Day.Az xəbər verir ki, bunu APA-ya Azərbaycan Milli Elmlər Akademiyası akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun Xəzər dənizinin hidrometeorologiyası şöbəsinin müdiri Zabit Allahverdiyev deyib. Onun sözlərinə görə, 1977-ci ildən 1995-ci ilədək Xəzərin səviyyəsi 2,5 metr artıb. 1995-ci ildən etibarən azacıq tərəddüdlə səviyyə düşüb və qalxıb. 2009-cu ildən sonra isə dənizin səviyyəsi intensiv sürətdə düşməyə başlayıb.
Z.Allahverdyev deyib ki, səviyyənin azalması hidroloji rejim, tektonik və atmosferdəki proseslərlə əlaqələndirilir: "Hələlik dənizdə səviyyənin düşmə dövrü gedir. Təhlükəli və dağıdıcı təsiri yoxdur. Əsas məsələ dənizin səviyyəsinin azalması nəticəsində bir sıra obyektlərin quruda qalmasıdır. Ancaq onun da baş verməsinə inanmıram. Çünki Sovet dövründə tikilən dəniz obyektlərinin hamısı -28 metrdən +-2 metr fərqlə hesablanıb. Azalmanın nə qədər davam edəcəyinə dair proqnoz vermək mümkün deyil".
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре