"ABŞ diqqətini Azərbaycanla münasibətlərinə yönəltsə..."

Day.Az представляет новость на азербайджанском языке

"Amerika Birləşmiş Ştatları (ABŞ) diqqətini Azərbaycanla münasibətlərinə yönəltsə, müdrik addım atmış olar".

Day.Az Trend-ə istinadən xəbər verir ki, bunu "Xarici siyasətdə peşəkarlar" Düşüncə Mərkəzinin əməkdaşı Daniel Urçik "Diplomatic Courier" jurnalındakı məqaləsində yazıb.

Müəllif qeyd edir ki, ABŞ Azərbaycanla diplomatik, iqtisadi, eləcə də təhlükəsizlik sahəsində münasibətləri möhkəmləndirməlidir:

"Bu, ABŞ-a regionda öz təsirini gücləndirməyə imkan verəcək. Azərbaycanla münasibətlərin inkişafına diqqətin yönəlməsi enerji təhlükəsizliyinin təmin olunmasından, Türkiyə və İsrail kimi ölkələrlə münasibətlərin yaxşılaşdırılmasınadək ABŞ-a kömək göstərə bilər".

Məqalədə qeyd olunur ki, Azərbaycanın Türkiyə və İsraillə sıx münasibətləri ABŞ-a bu ölkələrlə gərginləşmiş münasibətləri yaxşılaşdırmaq imkanı verir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.