Azərbaycanda mikroavtobus aşdı: 17 yaralı var

Day.Az представляет новость на азербайджанском языке

---------
17:52

Bu gün günorta saatlarında Şəki-Mingəçevir marşrut xətti üzrə hərəkət edən mikroavtobus aşıb.

Şəki ərazisində baş verən qəza xoşbəxtlikdən faciə ilə nəticələnməyib.

Day.Az ARB Şəki-yə istinadla xəbər verir ki, hadisə Yevlax-Zaqatala-Gürcüstan sərhədi magistral yolunun 32-ci km-də Şəkinin Cəfərəbad kəndi ərazisində qeydə alınıb.

Şəkinin Şin kənd sakini Mürşüdov Rakif Fərhad oğlu idarə etdiyi 10-VR-843 dövlət nömrə nişanlı Mersedes markalı mikroavtobusla Mingəçevir istiqamətində hərəkətdə olarkən qəfildən idarəetməni itirib. Nəticədə içində 15-ə yaxın sərnişin olan mikroavtobus yoldan çıxaraq təxminən 7 metr dərinlikdə dərəyə aşıb. Sürücü də daxil olmaqla avtomobildə olan sərnişinlərin əksəriyyəti yüngül xəsarətlərlə qəzadan xilas ola biliblər.

Ruhiyyə Yusifova (xəsarət alan şəxs): "İki qızımla oturmuşduq. Sürət də az idi. Birdən partlayış kimi səs çıxdı. Gözümüzü açanda yerdə gördük özümüzü.

Qəza yerinə dərhal həkim briqadası və FHN-nin xilasediciləri cəlb olunub. Sərnişinlərdən Eyvazova Gülqədəm İsabala qızının vəziyəti ağır, Bayramova Zülfiyyə Əlihüseyn qızının vəziyyəti isə orta ağır qiymətləndirilir. İlkin məlumatlara görə, qəzaya səbəb avtomobilin yükgötürmə asqısının qırılması olub.

Faktla bağlı Baş Dövlət yol polisinin Yol-Nəqliyyat Hadisələrinə Dair İşlər üzrə İstintaq və Təhqiqat Şöbəsində araşdırmalar aparılır. Qəzanın dəqiq səbəbləri aparılacaq araşdırmalardan sonra bəlli olacaq.

---------
17:27

Şəkidən Mingəçevirə gedən mikroavtobus qəzaya uğrayıb.

Day.Az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün saat 13.30 radələrində, Yevlax-Zaqatala-Gürcüstan yolunun 30-cu kilometrliyində, Şəki rayonunun Cəfərabad kəndi ərazisində qeydə alınıb.

Nəticədə ikisi uşaq olmaqla 17 nəfərin xəsarət aldığı bildirilir.
 
Şəki rayon sakini, 1987-ci il təvəllüdlü Mürşüdov Raqif Fərhad oğlunun idarə etdiyi "Mercedes" markalı, 10 VR 843 dövlət nömrə nişanlı mikroavtobus idarəetmənin çıxması nəticəsində aşıb.
 
Hadisəyə texniki nasazlığın səbəb olduğu bildirilir.
 
Xəsarət alanların Şəki Mərkəzi Rayon Xəstəxanasına çatdırıldığı, iki nəfərin reanimasiya şöbəsində yerləşdirildiyi bildirilir.
 
Faktla bağlı araşdırma aparılır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Videonu izləmək üçün şəklə klikləyin:
Şəkidə mikroavtobus aşdı: 17 yaralı var