İslam Oyunları günlərində tələbələr dərsdən azad olunacaqlar?

Day.Az представляет новость на азербайджанском языке

İslam Oyunları keçirilən ərəfədə  tələbələrin dərsdən azad olunacağı ilə bağlı məlumatlar yayılıb.

Day.Az xəbər verir ki, tələbələrdən bir neçəsi qafqazinfo-ya müraciət edərək oyunların keçirildiyi 10 gün ərzində paytaxtda baş verəcək sıxlığın qarşısının alınması məqsədilə belə bir addım atılacağını iddia edirlər. 

Qafqazinfoya məsələni dəqiqləşdirmək üçün bir neçə ali məktəblə əlaqə saxlayıb. Azərbaycan Pedaqoji Universitetinin Mətbuat Xidmətinin rəhbəri Mənsum İbrahimov bildirib ki, İslam Oyunları keçirilən ərəfədə tələbələrin guya, 10 gün müddətinə dərsdən azad olunacağı ilə bağlı yayılan məlumatalar həqiqəti əks etdirmir: "Oyunların keçirildiyi ərəfədə də universitetdə tədris prosesi adi qaydada davam edəcək". 

Azərbaycan Texniki Universitetinin Mətbuat Xidmətinin rəhbəri Nicat Abdullayev universitetdə belə bir halın olacağını düşünmür: "Çünki İslam oyunları dərs vaxtına düşür və universitet olaraq bizim üçün öncə tədris prosesidir. Bundan əlavə, tələbələrin hər hansı bir məsələ ilə bağlı dərslərdən azad edilməsi universitetin səlahiyyətində deyil. Bu, rəsmi bir prosedurdur və bunun üçün müafiq icra strukturlarının qərarı olmalıdır. Tələbələrimiz dərslərlə paralel olaraq ictimai fəaliyyətlərini davam etdirərək, digər mötəbər tədbirlərdə olduğu kimi İslam oyunlarında da ölkəmizi layiqincə təmsil edəcəklər".

Bakı Dövlət Universitetinin Mətbuat Xidmətinin rəhbəri Pərvanə İbrahimova da yayılan məlumatların doğru olmadığını vurğulayıb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.