Ermənistanda çavuş hərbçi yoldaşını güllələdi

Day.Az представляет новость на азербайджанском языке

---------
15:38

Ermənistanda yerləşən hərbi hissələrdən birində müqavilə ilə xidmət edən hərbi qulluqçunun ölməsinin təfərrüatları məlum olub.

Day.Az azvision.az-a istinadən bildirir ki, Ermənistan İstintaq Komitəsinin yaydığı məlumata əsasən ölüm hadisəsi ehtiyatsızlıqdan baş verib.

"Saat 10:25 radələrində Vayots Dzorda təşkil edilmiş düşərgə toplantısı zamanı "N" saylı hərbi hissənin 6-cı bölüyünün müqavilə əsasında xidmət edən hərbi qulluqçusu, kiçik çavuş tərəfindən avtomatın təmizlənməsi zamanı silahla təhlükəsiz davranma qaydalarını pozması nəticəsində atəş açılıb. Atəş nəticəsində Narek Hakopyan öldürülüb".

---------
14:37

Bu gün aprelin 21-də Ermənistanın Vayotsdzor vilayətinin Vayk şəhərində yerləşən hərbi hissədə müqavilə əsasında xidmət keçən hərbi qulluqçu Narek İsilov ölüb.

Day.Az virtualaz-a istinadən xəbər verir ki, bu barədə əsgərin qohumları epress.am-a deyiblər. O, Arpi kəndinin sakini olub. İnformasiyanı Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Artsurun Ovanisyan təsdiqləyib. Deyib ki, əsgərin ölümünün səbəbləri haqda daha sonra məlumat veriləcək.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.