Beyninə qan sızan Ağakərimin XÜSUSİ İSTƏYİ: "Bu vəziyyətimdə..."

Day.Az представляет новость на азербайджанском языке

Meyxana ustası Ağakərim (Kərim) Novruzov aprelin 19-da növbəti dəfə Mərkəzi Klinik Xəstəxanasına müayinə olunub.

Day.Az xəbər verir ki, bu barədə lent.az-a meyxanaçının bacısı oğlu Rüstəm məlumat verib. O, bildirib ki, dayısının vəziyyəti normaldır:

"Şükürlər olsun ki, artıq özünü yaxşı hiss edir. Həkimə apardıq, gətirdik. Həkim söylədi ki, vəziyyəti yaxşılaşır. Sadəcə ev şəraitində müalicəsi davam etdirilməlidir".

Meyxanaçının bacısı oğlu bildirib ki, Ağakərim mediaya qadağa qoyub:

"Bir neçə televiziyalardan, saytlardan bizə zənglər gəldi. Mən də bu təklifləri dayıma söylədim. O isə söylədi ki, bu vəziyyətdə danışmaq istəmir. Bir sözlə müsahibələrə "yox" deyir. Bu onun istəyidir".

Qeyd edək ki, meyxanaçı Ağakərimin martın 30-da beyninə qan sızıb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.