Cinsi istəyi artıran 13 SUPER QİDA

Day.Az представляет новость на азербайджанском языке

Hansı bitkilər və qidalar cinsi həyata nə dərəcədə təsir edir? Türkiyəli məşhur psixoterapevt Cem Keçe uzun illərdir afrodizyak qidalar və bitkilərlə bağlı apardığı araşdırmaları sona çatdırıb. Aile.lent.az mütəxəssisin müəyyən etdiyi bu qidalarla sizi də tanış edir.

Şokolad: Şokoladın əsas maddəsi olan kakao antioksidant qaynağıdır. Bununla yanaşı, tərkibindəki feniletlamin maddəsi sayəsində cinsəllikdə alınan həzzi yüksəldir.

Badam: Sink baxımından çox zəngin olan badam testosteron səviyyəsinin yüksəlməsi və cinsəllik keyfiyyətinin artırılmasına kömək edir.

Zəfəran: Antik dövrlərdən bəri afrodizyak təsiri məlum olan zəfəran cinsi performansı artıran və həzmi asanlaşdıran ədviyyat kimi tanınır.

Şaftalı: Araşdırmalar göstərir ki, C vitamini deposu olan şaftalı xüsusən də qadınlarda cinsi istəyi artıran bir meyvədir. Digər bir xüsusiyyəti isə qan axımını sürətləndirməsidir.

Qarpız: Tərkibində bir çox amino-asit olan sitrullin sayəsində qan damarlarının genişlənməsini təmin edən qarpız qan dövranının sürətlənməsinə kömək edir.

Böyürtkən: Bu bitkinin suyu libido artıran maddələrlə zəngindir. Bədəndə yağ yandırılmasına kömək edir.

Yumurta: Protein və B vitamini deposu olan yumurta həm libidonu yüksəldir, həm də bədənin ehtiyacı olan enerjini artırır.

Qırmızı acı bibər: Tərkibindəki kapsaisin adlı maddə sayəsində ürək döyüntüsünü artırır, bədəndə endorfin ifrazını yüksəldir.

Avokado: Əsas maddəsi B vitamini olan avokado kişilərin hormonal aktivlik səviyyəsini yüksəldərək enerji və dayanıqlığını artırır.

Brokoli: C vitamini baxımından çox zəngin olan brokoli xüsusən də qadınlarda libidonu artıran tərəvəz kimi tanınır.

Zəncəfil: Bədəndə dövran sisteminə olduqca faydası olan zəncəfil bu xüsusiyyəti sayəsində cinsi həyata olduqca müsbət təsir edir.   

Yulaf: Tərkibindəki L-arginin adlı maddə sayəsində xüsusən fiziki iqtidarsızlığın müalicəsinə kömək edir, qadınlarda klitorisə qan toplanmasını sürətləndirir.

İstiridye balığı: Min illərdir afrodizyak dedikdə ilk ağıla gələn istiridye balığı tərkibindəki dopamin adlı maddə və sink sayəsində qadın və kişilərdə cinsi istəyi artırır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.