Parklanma və tıxac probleminin həlli ilə bağlı YENİ TƏKLİF - VİDEO
Day.Az представляет новость на азербайджанском языке
Şəhər ərazisində dayanma və durma qaydasını pozduğuna görə bir gün ərzində 700-ə yaxın sürücüyə protokol tərtib edilir.
Day.Az xezerxeber.az-a istinadən bildirir ki, təxminən 60 sürücünün avtomobili isə konkret olaraq hərəkətə mane olduğu üçün evakuatorla cərimə meydançasına aparılır.
Bakıda hərəkətin intensiv olduğu yollarda belə halların qarşısını almaq üçün parklanma qaydaları ilə bağlı təkliflər səsləndirilir. Bakı Şəhər Dövlət Yol Polis İdarəsi nəqliyyat axınının tənzimlənməsi sahəsində, cari ilin ötən dövrü ərzində 423 ədəd yeni yol nişanının və 5 ədəd svetofor obyektinin quraşdırılması, 904 ədəd yol nişanının yararsız hala düşməsi ilə əlaqədar dəyişdirilməsi, 33 küçə və prospektdə cizgi xətlərinin çəkilməsi və ictimai istifadə üçün nəzərdə tutulmuş nəqliyyat vasitələrinin dayanacaq yerlərinin dəyişdirilməsini təklif edib. Nazirlər Kabineti yanında Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasına göndərilən təkliflər baxıldıqdan sonra məqbul hesab edilərək Azəravtoyol ASC tərəfindən icrası təmin edilib.
Nişanlar arasında ən çox dayanma və durmanı qadağan edən nişanlar olub ki, bunlar da hərəkətin intensiv olduğu küçələrə qoyulub.
Vaqif Əsədovun sözlərinə görə, belə halların qarşısının alınması bütün əlaqədar təşkilatların ciddi nəzarəti altında saxlanılmalıdır: " Dövlət Yol Polisi olaraq təklif edirik ki, bu kimi halların yaşanmaması üçün mütəmadi olaraq tikinti şirkətlərinin rəhbərlikləri ilə görüşlər keçirilməli və əhali arasında geniş təbliğat işləri aparılmalıdır".
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Videonu izləmək üçün şəklə klikləyin:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре