Lavrov-Məmmədyarov-Nalbandyan Moskvada görüşdülər - YENİLƏNİB

Day.Az представляет новость на азербайджанском языке
----------
15:04
Moskvada Rusiya Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü başlayıb.
Day.Az-ın APA-ya istinadən verdiyi məlumata görə, Sergey Lavrov, Elmar Məmmədyarov və Edvard Nalbandyan arasında üçtərəfli görüş Rusiya Xarici İşlər Nazirliyinin iqamətgahında keçirilir.
Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının müzakirə olunacağı danışıqlar qapalı, mətbuatın iştirakı olmadan keçirilir.
Qeyd edək ki, danışıqların müəyyən mərhələsinə ATƏT-in Minsk qrupunun həmsədrləri də qatılacaqlar.
X X X
Bu gün Moskvada Rusiya tərəfinin təşəbbüsü ilə Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirləri Sergey Lavrov, Elmar Məmmədyarov və Edvard Nalbandyanın işgüzar görüşü baş tutub.
Day.Az xəbər verir ki, bu barədə Trend-ə diplomatik mənbədən məlumat verilib.
Görüş zamanı Dağlıq Qarabağla bağlı danışıqlar prosesinin davam etdirilməsi perspektivləri müzakirə olunub və 2016-cı ilin iyununda Sankt-Peterburq və Vyana sammitlərində əldə olunan razılaşmaların icra olunmasının vacibliyi vurğulanıb.
Nazirlər müzakirə olunan məsələlər barədə əlaqələri davam etdirmək barədə razılıq əldə ediblər. XİN rəhbərlərinin üçtərəfli görüşündən sonra nazirlər ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüb və mövzu barədə fikir mübadiləsi aparıblar.
----------
09:56
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə görüşdə iştirak etmək üçün Moskvada səfərdədir.
Day.Az report-a istinadən xəbər verir ki, E.Məmmədyarov Rusiyanın paytaxtına ötən gecə çatıb.
Bu gün Moskvada Dağlıq Qarabağ nizamlanması üzrə ATƏT-in Minsk qrupunun həmsədrlərinin iştirakı ilə Azərbaycan, Ermənistan və Rusiya XİN başçılarının görüşü olacaq. Görüş bağlı qapılar arxasında keçiriləcək.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре