Fərqanə: "Mən buna “ustad şapalağı” deyərdim" - VİDEO
Day.Az представляет новость на азербайджанском языке
"Əlbəttə ki, Alim Qasımov mənə irad bildirir. Mən buna "ustad şapalağı" deyərdim. Alim müəllim yerində duran sənətkar deyil, daim inkişafdadır. Öz musiqi notları, ifası ilə daim önə gedir. İnkişaf etdikcə ona çatmağa çalışırıq. Bizə həmişə öz iradını bildirir və haqlıdır. Məsələn, deyir qır çərçivələri. Sonra deyir yox, sən xanımsan, hicablısan edə bilməzsən. Nə vaxtsa yaşla, məqamla bağlı bu iradlar özünü bir gün göstərəcək".
Day.Az bildirir ki, bunu ailem.az əməkdar artist, tanınmış xanəndə Fərqanə Qasımova deyib.
F.Qasımova xanəndə olmasaydı hansı peşəyə yiyələnəciyindən danışıb. Onun sözlərinə görə, sənətə gəlməsəydi, evdar qadın olardı: "Məktəbdə oxuduğum zaman humanitar fənləri çox sevmişəm. Azərbaycan dilini, ədəbiyyatı çox sevirdim. Uşaqlıqdan musiqi ilə böyümüşəm. Gözümü açandan dəf çalırdım, qəzəl öyrənirdim. Uşaqlarla oynamaq əvəzinə qəzəl əzbərləyirdim. Barmağım qabar olurdu, amma dəf çalırdım. Atam gələndə sevinsin deyə qəzəl öyrənirdim. Ömrümü bu yolda xərclədim. Fürsətim olmadı başqa işə maraq göstərim. Sənətə gəlməsəydim, 10 övladım olardı bəlkə də. Evdarlığı sevirəm. Yemək bişirim, evi tərtəmiz edim, uşaqların qayğısına qalım".
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре