Bakıda vulkan püskürdü - YENİLƏNİB
Day.Az представляет новость на азербайджанском языке
----------
13:41
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Geologiya İnstitutunun Palçıq vulkanizmi şöbəsinin əməkdaşları Lökbatan palçıq vulkanının püskürdüyü əraziyə baxış üçün yollanıb.
Şöbənin müdiri Adil Əliyev lent.az-a bildirib ki, püskürən vulkanla bağlı AMEA Geologiya və Geofizika İnstitutunun mütəxəssisləri tərəfindən araşdırma aparılacaq. Ondan sonra vulkanın püskürmə səbəbi bəlli olacaq.
X X X
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi Lökbatan ərazisində püskürən vulkanla bağlı məlumat yayıb.
Day.Az bildirir ki, mərkəzin informasiya şöbəsindən report-a verilən məlumata görə, bu gün yerli vaxtla saat 07:55:51-də Lökbatan ərazisində vulkan püskürüb.
Bildirilib ki, vulkanın dərinliyi 4 km, püskürmənin davam etmə müddəti 4 dəqiqə olub: "Vulkandan öncə və sonra zəlzələ qeydə alınıb".
---------
11:20
Bu gün səhər saat 08 radələrində Bakı şəhərindən 15 km cənub-şərq istiqamətində, Xəzər dənizinin sahilində, neft-mədən sahəsində yerləşən Lökbatan palçıq vulkanında püskürmə baş verib.
Day.Az xəbər verir ki, bu barədə Trend-ə ETSN-dən məlumat verilib.
Sözügedən palçıq vulkanı Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğuna aid deyil.
Hazırda vulkan aktivliyi baş vermiş ərazidə qoruq əməkdaşlarından təşkil edilmiş operativ qrup tərəfindən müşahidələr aparılır.
Xatırladaq ki, 1810-cu ildə qeydə alınmış Lökbatan palçıq vulkanı dünyanın ən aktiv 5 vulkanından biri olmaqla püskürməsinə görə dünya rekordçusudur və vulkanın hazırkı püskürməsi sayca 25-cidir.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре