Tikanlı topun insan sağlamlığına AĞLASIĞMAZ FAYDALARI

Day.Az представляет новость на азербайджанском языке

Tikanlı topun miqren ağrılarını azaltdığı üzə çıxıb.

Publika.az-ın xarici mətbuata istinadən məlumatına görə, araşdırmalar göstərib ki, tikanlı toplar qan dövranı sistemini yaxşılaşdırır, təzyiq problemini aradan qaldırır.

Qan dövranı sistemini yaxşılaşdırır

Dikenli top mucizesi

Xüsusilə ofisdə oturaq vəziyyətdə çalışanlar qan dövranı pozulmasından çox şikayət edir. Ciddi dress-kod tələb olunan iş yerlərində mütəmadi olaraq dikdadaban ayaqqabı geymək məcburiyyətində qaldıqları üçün qadınlarda varikoz və damar xəstəlikləri əmələ gəlir. Bu da ayaqların bütün gün dar və narahat qəlibin içində qalmasından dolayı yaranır.

Bunun nəticəsində irəli yaşlarda qan dövranı pozulur. Alimlər vəziyyətdən çıxış yolu kimi iş yerində ayaqlarınızın altına tikanlı toplar alıb qoymağı məsləhət görür. Topu pəncələrinizlə gün ərzində müəyyən müddət oynadaraq masaj etmək qan dövranı sisteminin fəaliyyətini yaxşılaşdırır.

Baş ağrısına və miqren yaxşı gəlir

Dikenli top mucizesi

Danimarkada baş ağrısı və miqren xəstəsi olan şəxslərə tikanlı topla ayaqlarını masaj etmək tapşırılıb. Təcrübə nəticəsində miqren xəstələrində nəzərə çarpacaq yaxşılaşma müşahidə edilib. Nizamlı şəkildə qəbul etdikləri miqren dərmanlarını atan və müalicələrini başa çatdırdıqdan sonra üç ayda iştirakçıların 65 faizində baş ağrısı simptomları azalıb. Bəzilərində isə onun heç bir əlaməti qalmayıb.

Müalicəyə 6 ay davam edən xəstələrin 81 faizi isə tamamilə yaxşılaşdığını bildirib.

Təzyiqi aşağı salır

Dikenli top mucizesi

Yüksək təzyiq günümüzdə çox geniş yayılmış xəstəlikdir. Bir çox səbəbdən dolayı meydana gələn yüksək təzyiqi tikanlı topla qaydaya salmaq mümkündür.

Aparılan araşdırmalar nəticəsində çox stressli şəraitdə işləyən adamların tikanlı topla ayaq masajından sonra daha az narahat olduqları və qan təzyiqlərinin düşdüyü açıqlanıb.

Ödəmi azaldır (xüsusilə hamilə)

Dikenli top mucizesi

Xüsusilə hamilə qadınlarda ayaq və əllərin şişməsinə çox rast gəlinir. Ayaqlara tikanlı topla masaj edərək şişi və ödəmi yox edin.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.