“iPhone 8”in yekun dizaynı nümayiş olundu

Day.Az представляет новость на азербайджанском языке

Sosial şəbəkələrdə yeni "iPhone" maketlərinin görüntüləri yayılıb.

Day.Az-ın Trend-in məlumatına görə, "iPhone 8" telefonları məhz bu maketlər əsasında istehsal ediləcək.

Görüntülərə əsasən ehtimal olunur ki, yeni smartfonların arxa hissəsi şüşədən hazırlanacaq, ikili kamera isə şaquli olacaq.

Bundan başqa həmin maketlərdə "Home" düyməsi mövcud deyil. Ehtimal olunur ki, "Apple" barmaq izləri skanerini birbaşa ekrana quraşdıracaq.

"iPhone 8" bu ilin sentyabrında təqdim olunacaq.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.