Əmrahın oğlu anasına söz atan aparıcıya qəzəbləndi

Day.Az представляет новость на азербайджанском языке

Müğənni Əmrahın qeyri-rəsmi nikahdan dünyaya gəlmiş oğlu Tayfun Ərdoğan aparıcı Seren Serengilə qəzəblənib. 

Day.Az axşam.az-a istinadən bildirir ki, Serengil verilişində Tayfunun ata sevgisindən və qayğısından məhrum olmasında onun anasını günahlandırıb. Bundan qəzəblənən Tayfun İnstaqram hesabında anası ilə uşaqlıq fotosunu paylaşaraq bunları yazıb: 

"Bu qadına yaxşı baxın. Siz isti yatağınızda yatanda, atanızın aldığı sonuncu model silgilərlə oynayanda bu qadın cavanlıq səhvi ucbatından etdiyi hərəkətin arxasında durdu və övladına sahib çıxdı. Siz silgilərlə oynayanda bu qadın geyindiyi libaslardan mənə bez hazırlayırdı. Sizin pislədiyiniz bu qadın həm xəstə anasına, həm də mənə baxır, evi dolandırırdı. Özünü tanımayan insanlar anama söz atanda 10 dəfə düşünməlidir və əvvəlcə öz həyatınıza baxın. "İnsanın fikri nədirsə, zikri də odur" deyimi var. Belə düşündüyünüzə görə həyatınız mənfəət münasibətləri üzərində qurulub!". 

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.