Bakı-2017: Final oyununun vaxtı dəyişdirildi

Day.Az представляет новость на азербайджанском языке

Bakı-2017 IV İslam Həmrəyliyi Oyunları çərçivəsində futbol komanlarının final matçının vaxtı dəyişdirilib.

Day.Az Trend-ə istinadən bildirir ki, 23 yaşadək futbolçulardan ibarət futbol üzrə Azərbaycan və Oman komandaları arasında 21 may tarixində baş tutacaq finalın keçirilmə vaxtı dəyişdirilib.

Oyun həmin gün saat 20:00-da deyil, saat 21:00-da keçiriləcək.

 

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.