Avtomobil tərəfindən vurulduğunu gizlədən qadın öldü - Masallıda

Day.Az представляет новость на азербайджанском языке

Masallı rayonunda iki həftə əvvəl vəfat edən qadının avtomobillə vurulduğu müəyyən edilib.

Milli.Az DİN-ə istinadən xəbər verir ki, mayın 5-də Masallı rayonunun Şatıroba kəndində yaşayan 77 yaşlı Şəfiqə Tağıyeva evindən qol və ayaq sümüyünün sınığı ilə xəstəxanaya gətirilib. O, izahatında xəsarətin evində yıxılması nəticəsində aldığını bildirib.
 
Ş.Tağıyeva mayın 7-də xəstəxanada ölüb. 
 
Masallı RPŞ əməkdaşları tərəfindən aparılan araşdırmalarla Ş.Tağıyevanın Şatıroba kəndi ərazisində kənd sakini Sübəddin Ağayevin idarə etdiyi "VAZ-2107" markalı avtomobillə vurulması müəyyən edilib.
 
Faktla əlaqədar cinayət işi başlanılıb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.