"Ümid edirik ki, Dağlıq Qarabağ münaqişəsi BMT qətnamələri əsasında həll olunacaq" - Elmar Məmmədyarov

Day.Az представляет новость на азербайджанском языке
Ümid edirik ki, Dağlıq Qarabağ münaqişəsi BMT-nin qətnamələri əsasında həll olunacaq.
Day.Az APA-ya istinadən xəbər verir ki, bu sözləri xarici işlər naziri Elmar Məmmədyarov Estoniyanın xarici işlər naziri Sven Mikserlə görüşdən sonra keçirilən mətbuat konfransında deyib.
O, münaqişə və danışıqlar prosesi barədə eston həmkarına məlumat verdiyini bildirib.
"BMT qətnamələri Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxarılmasını tələb edir. Bu sənədlərdə göstərilən suverenlik məsələsi bizim ortaq marağımızdır. Bütün münaqişələr beynəlxalq norma və prinsiplər əsasında həll olmalı, BMT üzvü olan bütün ölkələr bunlara əməl etməlidir", - E.Məmmədyarov vurğulayıb.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре