https://news.day.az/azerinews/905488.html 20 yaşlı gənc çayxanada bıçaqlandı - VİDEO

20 yaşlı gənc çayxanada bıçaqlandı - VİDEO

Azərbaycanca, 12 июня 2017 18:52 (UTC +04:00) 1 042
20 yaşlı gənc çayxanada bıçaqlandı

Day.Az представляет новость на азербайджанском языке

Şəkidə 20 yaşlı gənc bıçaqlanıb.

Day.Az ARB Şəki-yə istinadla xəbər verir ki, hadisə rayonun Qoxmuq kəndi ərazisində fəaliyyət göstərən çayxanalardan birində baş verib.

Tural Qədirov çayxanada ikən bir nəfər naməlum şəxs onu küçəyə çağırıb. Çölə çıxan zaman naməlum şəxs və ya şəxslər tərəfindən həm döyülüb, həm də bıçaqlanıb. Şəki Mərkəzi Rayon Xəstəxanasından verilən məlumata görə, Tural Qədirovun qarın nahiyəsində iki bıçaq yarası olmaqla bədənində döyülmə əlamətləri aşkar edilib. Onun üzərində cərrahiyə əməliyyatı aparılıb, vəziyyəti orta-ağır qiymətləndirilir. Hadisə törədən şəxs Şəki Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Videonu izləmək üçün şəklə klikləyin:
20 yaşlı gənc çayxanada bıçaqlandı

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости