Xoşqədəm: "Nömrə bir kanalda çalışıram. Nömrə bir aparıcıyam"
Day.Az представляет новость на азербайджанском языке
Aparıcı Xoşqədəm Hidayətqızı İnstaqram-ın canlı yayım xidmətindən istifadə edib.
Day.Az axşam.az-a istinadən bildirir ki, aparıcı əvvəlcə öz fəaliyyətindən söz açıb. X.Hidayətqızı Azərbaycanda nömrə bir aparıcı olduğunu deyib:
"Nömrə bir kanalda çalışıram. Nömrə bir aparıcıyam. Verilişim də bir nömrədir".
Səhər-səhər izləyicilərinə pozitiv ötürmək üçün canlı yayıma girdiyini deyən aparıcı daha sonra izləyiciləri ilə dalaşmağa başlayıb. O, ona qarğış edən bir izləyicisinin ünvanına təhqirlər səsləndirib:
Canlı yayımı dualarımla açdım. Amma bir səviyyəsiz, ana, qız, bacı bilməyən biri qarğış yazdı. Mən də dediklərini ona qaytardım. Hamıya da məsləhət görürəm ki, səviyyəsizə öz dilində cavab verin. Allah pis insanların qarşısına qəlbindəkini çıxarsın. Orucluyam, İnşallah, dualarım qəbul olar. Heç kimin qarşısından qaçmayın, hüquqlarınızı bilin. Əvvəl belə deyildim, amma indi fikirləşirəm ki, belə etmək lazımdır. Kimin haqqı var qarğış edib, təhqir etsin? Onun səviyyəsinə düşmürəm, onu yerində otuzdururam".
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре