Bakıda ev almaq istəyən şəxsi belə aldatdılar

Day.Az представляет новость на азербайджанском языке

Bakıda dələduzluq hadisəsi baş verib.

Day.Az lent.az-a istinadən bildirir ki, paytaxt sakini Səlimov Oruc Abdulla oğlu Nərimanov rayon Polis İdarəsinə müraciət edərək bildirib ki, bu ilin aprel ayında Rizvan adlı şəxs ondan külli miqdarda pul alıb. Şikayətçinin sözlərinə görə, həmin şəxslə ev alqı-satqısı ilə bağlı sövdələşib və 10 min 500 manat pul verib. Lakin Rizvan vədinə əməl etməyib.

Müraciət əsasında araşdırma aparılır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.