İran Suriya ərazisinə raket zərbələri endirib

İran İslam İnqilabı Keçikçiləri Korpusu (SEPAH) İŞİD terrorçuların Suriyadakı bazalarına raket zərbələri endirib.

Day.Az APA-ya istinadən xəbər verir ki, bu barədə "Tasnim" agentliyi məlumat verib.

Məlumata görə, terrorçuların Suriyanın şərqindəki mövqeləri orta mənzilli ballistik raketlərlə atəşə tutulub. Zərbələrin Tehrana edilən hücuma cavab olaraq endirildiyi qeyd olunur.