Bakıda mənzil qiymətləri dəyişib
Day.Az представляет новость на азербайджанском языке
Bakıda həm təkrar, həm də ilkin mənzil bazarında qiymətlərdə artım müşahidə olunub.
Day.Az xəbər verir ki, "MBA Group" konsaltinq şirkətinin baş direktoru, daşınmaz əmlak sahəsində ekspert Nüsrət İbrahimov Trend-ə bildirib ki, may ayında təkrar mənzil bazarında qiymətlərdə 3,81 faiz artım qeydə alınıb. İl ərzində isə qiymət artımı 6,73 faiz təşkil edib.
N.İbrahimov qeyd edib ki, ilkin mənzil bazarında da ötən ay qiymətlər artıb. Bu artım 5,4 faiz təşkil edir: "İl ərzində isə ilkin mənzil bazarında 23,66 faiz artım qeydə alınıb".
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре